Adil Əliyevdən həmkarına: Cavabınız ermənilərə işləyir…

Adil Əliyevdən həmkarına: Cavabınız ermənilərə işləyir…

Əlindəki telefonla həm “operatorluq”, həm də “jurnalistik” etməyə çalılşan birisi qarşısına keçən millət vəkillərindən birindən soruşub ki, mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb. Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Adil Əliyev həmkarı Erkin Qədirlinin səsləndirdiyi fikirlərə reaksiyasında qeyd edib.

“Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm.

Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir:

“Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz? Uzaqbaşı cavab verə bilərdiniz ki, başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan parlamentinə niyə kölgə salırsınız? Axı siz millət vəkili mandatıyla tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız. Sizin məntiqsiz cavabınız hazırki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”, – Adil Əliyev qeyd edib.

Qeyd edək ki, bloger Mehman Hüseynovun “Mənə Milli Məclisdə oturan bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına cavabında “Onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı” sözünü işlədim.

Bu isə millət vəkillərinin etirazına səbəb olub.

Teqlər: