“Adidas” Rusiya aktivlərini xarici investora ötürməyi düşünür.
AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
“Almaniyanın idman geyimləri, ayaqqabıları və aksessuarları istehsalçısı “Adidas” Rusiya bölməsini xarici investora vermək imkanını nəzərdən keçirir”, – məlumatda deyilir.
Qeyd olunur ki, şirkət bununla ölkənin ən gəlirli yüzə yaxın mağazasını yenidən işə sala bilər.