Adi və güzəştli ipoteka kreditini ən sərfəli şəkildə necə almaq olar? – AÇIQLAMA

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda ipoteka faizləri aşağı salınmalı və şərtlər yumşaldılmalıdır.

Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, faizlərin yüksək olması ipoteka kreditləri üçün əlçatanlığı azaldır:

“Bu gün İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən adi və güzəştli ipoteka təklif olunur. Adi ipoteka üzrə maksimum faiz 8 faizdir. Faizin yüksək olması həm aylıq ödənişin, həm də bütövlükdə ödəniləcək vəsaitin artmasına gətirib çıxarır. Məsələn, vətəndaş adi ipoteka üzrə 150 min manat kredit götürürsə, 25 il ərzində aylıq ödənişi 1157 manat, bütövlükdə isə 347 min manat olur. Ödənilən vəsaitin həcmi göründüyü kimi kifayət qədər böyükdür. Götürülən kreditlə 25 il ərzində ödəniləcək vəsait arasında 3 dəfəyə yaxın fərq var. Yəni, vətəndaş aldığı pulu 3 misli isə geri qaytarır. Güzəştli ipoteka kreditləri üzrə şərtlər adi ipoteka ilə müqayisədə daha məqbuldur”.

Hazırda Azərbaycanda fəaliyət göstərən 23 bankdan dövlət ipotekası almaq mümkündür. Həmin banklar aşağıdakılardır:

1. “AFB Bank” ASC

2. “AccessBank” QSC

3. “Azər-Türk Bank” ASC

4. “Azərbaycan Beynəlxalq Bankı” ASC

5. “Azərbaycan Sənaye Bankı” ASC

6. “Bank Avrasiya” ASC

7. “Bank Respublika” ASC

8. “Bank VTB (Azərbaycan)” ASC

9. “Bank of Baku” ASC

10. “Expressbank” ASC

11. “Günay Bank” ASC

12. “Kapital Bank” ASC

13. “Muğanbank” ASC

14. “PAŞA Bank” ASC

15. “Rabitəbank” ASC

16. “TuranBank” ASC

17. “Unibank” KB ASC

18. “Xalq” Bankı ASC

19. “YapıKredi Bank Azərbaycan” QSC

20. “Yelo Bank” ASC

21. “Ziraat Bank Azərbaycan” ASC

22. Bank “BTB” ASC

23. “Premium Bank” ASC

“E-gov” portalında qeyd olunan məlumata görə, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib.

Adi ipoteka üzrə bəzi banklarda da vəsait azdır.

Güzəştli və adi kreditlər üzrə şərtlərə gəlincə müvafiq olaraq minimum 10 və 15 faiz ilkin ödəniş nəzərdə tutulsa da, demək olar ki, kommersiya banklarının əksəriyyətində minimum ilkin ödəniş 30 faizdir. Təkcə “Kapital Bank”da hər iki kredit növü üzrə və “Premium Bank”da normal ipoteka üzrə minimum ilkin ödəniş 15 faiz tələb edilir.

Digər tərəfdən hər bir ailə üzvünün saxlanması üçün xərclər banklar üzrə fərqlidir.

Ən aşağı rəqəm 98 manat olmaqla “TuranBank”da, ən yüksək məbləğ isə 300 manat olmaqla “Muğanbank” ASC-dədir. Həmçinin “Azər-Türk Bank”da 150, “Azərbaycan Beynəlxalq Bankı”nda isə 155 manat hesablanır. Digər banklara gəlincə bu rəqəm 190-200 manat arasında dəyişir.

Qeyd edək ki, ölkə üzrə yaşayış minimumu 190 manatdır. İpoteka şərtlərində qeyd olunub ki, borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz.

Twitter: @cingizsafarli

Teqlər: