Adı əfvə təqdim edilən tanınmışlar… – Açıqlama

Adı əfvə təqdim edilən tanınmışlar… – Açıqlama

Konkret hansısa tanınan şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir.

Bu sözləri AzerTimes-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev əfv üçün müraciət edən tanınmışlar haqda danışarkən deyib.

Əfv Komissiyasının iclasları davam edir və müraciətlər gəlməkdədir. 500-dən çox müraciətə baxılıb ki, bunların içində də müxtəlif növ cinayətlər törətmiş adamlar var. Amma konkret hansısa tanınmış şəxs haqqında məlumatın verilməsi həm etik deyil, həm də şəxsi məlumatların qorunması haqqında qanuna ziddir. Əfv etmək hüququ cənab Prezidentin müstəsna konistitusion səlahiyyətidir. Burada komissiya üzvləri edilən müraciətlərin təşkilatı-texniki tərəfləri ilə bağlı məsələlər üzərində çalışır və yekun rəy cənab Prezidentə təqdim olunur”, – Ə.Nuriyev bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə tanınmış şəxslərin bir çoxunun adından müraciətlərin ünvanladığını bildirib:

“Jurnalistlər, ictimai fəallar, blogerlərin siyahısını əfv olunmaları üçün komissiyaya təqdim etmişik. Üstəlik, bəzilərinin də məhkəmə zalından azad olunması üçün müraciət etmişik. Ümid edirik ki, nəticə olacaq”.

Teqlər: