Adi çayla ömrü uzatmağın yolu…

Adi çayla ömrü uzatmağın yolu…

Qara çayla ömrü uzatmağın yolu müəyyən edilib.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, britaniyalı həkimlər tərəfindən aparılan araşdırmada çayın ürək-damar sistemi üçün faydalı olduğu qənaətinə gəlinib.

Tədqiqatçılar yarım milyondan çox 40-69 yaş arası qadınlar və kişilərin məlumatlarını təhlil edərək, çay içmə vərdişinin ömrü uzada biləcəyi qənaətinə gəliblər:

“Mütəmadi çay istehlakı on il ərzində ölüm hallarını 9-13% azalda bilər”.

Onların fikrincə, buna nail olmaq üçün gündə iki stəkandan çox içmək lazımdır. Təbii ki, çay təbii, iri yarpaqlı, qatqısız, yaxşı dəmlənmiş olmalıdır.

Teqlər: