Britaniyalı məşhur müğənni Adel növbəti konsert proqramlarından sonra musiqi fəaliyyətinə böyük fasilə verəcək.
AzerTimes Azərtac-a istinadən xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində deyib.
Müğənni musiqi ilə bağlı yeni heç bir planı olmadığını, musiqiyə uzun müddət fasilə vermək və bir müddət başqa yaradıcılıqla məşğul olmaq istədiyini qeyd edib.
Adel deyib ki, musiqiyə fasilə vermək səbəblərindən biri də hər zaman diqqət mərkəzində olmağıdır. O, musiqini sevdiyini, ancaq şöhrət məsələsinə nifrət etdiyini deyib.
Adel avqust ayında Munhendə 10 gün konsert verəcək. Onun Las-Veqasdakı konsert proqramının isə noyabrda yekunlaşacağı gözlənilir.