Amerikalı müğənni Adelin Selion Dionla konsertdə səmimi görüntüləri internetdə ən çox izlənən videolardan olub.
AzerTimes xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən dünya şöhrətli müğənni Selion Dion Adelin konsertini izləməyə gəlib. Onun zalda olması Adeli təəccübləndirib. Müğənni həyəcanla səhnədən aşağı enərək, Selin Diona yaxınlaşıb və ağlayaraq onu qucaqlayıb. Selin Dion da göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, “My Heart Will Go On” mahnısı ilə dünya şöhrəti qazanan Selin Dion nadir xəstəliklərdən biri olan “əzələ sərtliyi sindromu”ndan əziyyət çəkir.