Türkiyənin Adana vilayətinin Aladağ ilçəsində yerli vaxtla saat 17:36-da 4,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin 7,3 km dərinliyində meydana gələn zəlzələ şəhər mərkəzində ciddi şəkildə hiss edilməyib, bəzi ilçələrdə yeraltı təkanlar bəlli olub.