Bir nəfəri bıçaqlama şübhəsi ilə saxlanılan keçmiş diplomat Emin İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.
AzerTimes xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Emin İbrahimov barəsində qətimkan tədbiri seçilməsi üçün Nizami Rayon Məhkəməsində qərar verilib.
Emin İbrahimov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.