ADA Universitetində “Coca-Cola” şirkətinin əməkdaşlığı ilə Bahar Gənclik Festivalı keçirilib (FOTO)

Martın 18-i ADA Universitetində ADA Universiteti Fondunun
(Azərbaycan) və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı
çərçivəsində səkkizinci Bahar Gənclik
festivalı
keçirilib.

ADA Universitetinin ənənəvi bahar tədbirlərindən sayılan
festivalda bahara həsr olunan sərgi, milli geyimlərimiz,
Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, bayram
mətbəxinin şirniyyatları nümayiş etdirilib.

Milli-mədəni dəyərlərimizi təbliğ edən festival yerli və xarici
tələbələrin, ADA məktəblilərinin, Universitetin müəllim və işçi
heyətinin, həmçinin tərəfdaş qurumların nümayəndələrinin iştirakı
ilə keçirilib. Festivala dəvət edilən şəhid və qazi övladlarına
xüsusi hədiyyələr təqdim edilib.

Festival iştirakçılarını salamlayan ADA Universiteti Fondunun
(Azərbaycan) Sponsorluq layihələri üzrə direktoru və “Təmiz ölkəm”
layihəsinin rəhbəri Firuzə İsmayıl bildirib ki, pandemiya ilə
əlaqədar iki illik fasiləyə baxmayaraq Bahar Gənclik festivalı
yenidən ADA icmasını bir araya gətirə bilib.

“Bahar təbiətin oyanışını əks etdirir. Təbiəti qorumaq isə hər
birimizin borcudur. Elə bu səbəbdən də, təbiəti qorumaq məqsədilə
ADA Universiteti “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, ADA Universitetinin Fondu
və “AzEkol” MMC-nin dəstəyi ilə “Təmiz ölkəm” ekoloji layihəsinin
yeni mərhələsinə başlayaraq plastik tullantıların təkrar emalını
həyata keçirir”, – deyə F. İsmayıl əlavə edib.

Festival zamanı gənc müğənni Hiss və dicey Çina tərəfindən
səsləndirilən musiqi ifaları, eləcə də “Səma” rəqs qrupunun şousu
iştirakçıların zövqünü oxşayıb.

Teqlər: