ADA Universiteti və Medianın İnkişafı Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Martın 17-si ADA Universiteti və Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi (MEDİA) arasında əməkdaşlıq memorandumu
imzalanıb.

Sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA
Agentliyi arasında müştərək layihələrin reallaşdırılması
istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq
münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata
keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə
media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə
təhsilinin təşkil edilməsidir.

Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd
İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə
imzalayıblar.

Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin
və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil
sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində
qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.

Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə
birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar,
təlimlər və seminarlar təşkil ediləcək.

Əməkdaşlıq memorandumu tələbələri MEDİA Agentliyinin fəaliyyəti
və mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə
Universitetdə “Karyera günləri”nin keçirilməsini də nəzərdə tutur.
Həmçinin tələbələrin kurs və buraxılış işləri, magistrantların
dissertasiya mövzuları Agentliyin həyata keçirdiyi layihələrin
məzmunu ilə əlaqələndiriləcək.

Teqlər: