“ADA” Universiteti və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb (FOTO)

Müasir dövrün tələblərindən irəli gələrək prokurorluq
orqanlarının prioritet fəaliyyət istiqamətlərindən olan peşə
hazırlığının və tədrisin təşkili işinin daha da təkmilləşdirilməsi,
ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Qeyd olunanlarla bağlı ölkəmizin aparıcı ali təhsil
müəssisələrindən olan “ADA” Universiteti ilə səmərəli əməkdaşlığın
daha da inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi
xüsusi önəm kəsb edir.

12 may 2022-ci il tarixdə “ADA” Universitetinin Hüquq
Proqramının direktoru Rəşad İbadovun rəhbərlik etdiyi nümayəndə
heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olmuşdur.

Qonaqlar Baş Prokurorluğun yeni inzibati binalar kompleksi, o
cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya,
mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana,
kriminalistika və istintaq otaqları ilə tanış olmuşlar.
Eyni zamanda, Mərkəzin əməkdaşları tərəfindən qonaqlara Baş
Prokurorluğun elektron kitabxanasının, “Prokurorluğun Tədris
Tədbirlərinin Elektron Bazası” informasiya sisteminin və distant
tədris platformasının təqdimatı da həyata keçirilmişdir.
Tədbirin nəticələrinə uyğun olaraq, “ADA” Universiteti və
Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi
arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Memorandum hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin
və müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində və tabe
prokurorluqlarda təcrübə keçməsi, birgə elmi konfransların, dəyirmi
masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin,
tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq
tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli
məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair
məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Teqlər: