ADA Universiteti “Təmiz Ölkəm” ekoloji layihəsinin yeni mərhələsinə başlayıb (FOTO)

ADA Universiteti Coca-Cola şirkəti, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, ADA Universitetinin Fondu, “AzEkol” MMC və “Gənclik Mall”un dəstəyi ilə “Təmiz Ölkəm” ekoloji
layihəsinin yeni mərhələsinə başlayıb.

Layihənin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə
ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılmasını, plastik
butulkaların toplanaraq və çeşidlənərək tәkrar emala göndәrilmәsini
və beləliklə, ölkəmizdə təkrar emal ənənəsini təbliğ etməkdir. Bu
istiqamətdə Bakı ərazisində plastik butulkaların toplanması üçün
xüsusi konteynerlər yerləşdiriləcək.

İlkin mərhələdə artıq “Gənclik Mall”da bilavasitə plastik
butulkalar üçün nəzərdə tutulmuş 2 ədəd zibil qutusu yerləşdirilib.
Həmin qutuların müəyyən edilmiş nöqtələrdən toplanaraq təkrar emala
göndərilməsi “AzEkol” tərəfindən həyata keçiriləcək.

Layihə çərçivəsində ADA Universitetinin tələbələri və “ASAN
Könüllüləri”nin birgə iştirakı ilə ictimaiyyəti təkrar emala təşviq
etmək məqsədilə Novruz bayramı ərəfəsində bir sıra tədbirlər həyata
keçiriləcək. Hazırkı mərhələdə layihənin icrası yalnız Bakı
ərazisində nəzərdə tutulsa da, növbəti mərhələdə layihə regionlarda
da icra ediləcək.

Qeyd edək ki, ADA Universitetinin Fondu “Təmiz Ölkəm”
layihəsinin icrasına 2019-cu ildən başlayıb. Layihə müddəti ərzində
paytaxtın ən sıx nöqtələrində, eyni zamanda, yaşayış ərazilərində
plastik butulkalar üçün nəzərdə tutulmuş xüsusi zibil qutuları
yerləşdirilib.


Layihə ilə bağlı yenilikləri “Təmiz Ölkəm”in sosial media
səhifələrindən əldə etmək mümkündür:

https://bit.ly/3pdVZKN

https://bit.ly/3ve1FZg

Teqlər: