Xəbər - Humay Ağacanova – Trend:
Ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan
müraciətlərin sayında artım müşahidə olunur.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat
və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli deyib.
O qeyd edib ki, cari ildə 8000-ə yaxın şəxsin soyad sonluğu
milliləşdirilib. Müstəqillik qazandığımız gündən bu günədək isə 1
milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib.