Mehriban xanıamın doğum günüdür. Özü isə Prezident İlham Əliyevlə Laçında, Kəlbəcərdədir.
Sosial şəbəkələrdə Laçın və Kəlbəcərdən paylaşdığı fotolara belə yazıb: “Allaha şükür…”
Həqiqətən şükür edilməli, fəxr edilməli bir tarixin ortasında, mərkəzindəyik. Laçın sakinləri köhnə-yeni evlərinə köçürülür, yeni məktəblər açılır. Kəlbəcər yenidən tikilir. Qarabağda yeni bir Qarabağ, Kəlbəcər, Laçın, Zəngilan… qurulur. Azərbaycan sanki yenidən doğulur. Bu dövlət xəritədə bəlkə də kiçik görünə bilər. Amma bu Vətən göründüyündən qat-qat böyükdür. Lideri isə özündən də nəhəng. Bilirsiniz, niyə? Ölkəsinin namusunu, ləyaqətini hər şeydən və hər şeydən uca tutduğuna görə! BMT-də sərgilədiyi son performansa görə! Şuşa yüksəkliyinə görə! Qarabağda maraqlarımızdan və mənafelərimizdən bir addım geri durmadığına görə! Hər qarışımıza görə, hər ovuc Laçınımıza görə, sərhəddimizə görə, adımıza-sanımıza görə!
Sakit-səssiz, yəni bəzən sakit-səssiz, bəzən yuksək səslə, tribuna ilə 90-cı illərdəki bütün zülm-zillətin, əzab-iztirabın haqqı verilir. Ağayana təhər-tövrlə, ləyaqətlə, Azərbaycana və İlham Əliyevə yaraşan şəkildə!
Bu, tərif deyil, xoş söz xatirinə deyilən sözlər isə heç deyil. Son bir neçə ildə Azərbaycanda o qədər nəhəng işlər görülür ki, sürəti, miqyası ağlasığmaz səviyyədədir.
Əminəm ki, günün birində İlham Əliyevlə Mehriban xanımı Xankəndidə ağac əkərkən görəcəyik. O gün də uzaqda deyil. Nəhənglərin nəhəngliyini yaxındaykən görmək, hiss etmək, yəni olduqları böyüklükdə, ucalıqda görmək, hiss etmək çətindir. Bir də təsəvvürümüzə gətirək 50-100, hətta 200 il sonranın Azərbaycanını və bu günümüzün ən yeni tarixini. O Azərbaycanda bugünkü tarix, bu gün içində olduğunuz hadisələr nə qədər möhtəşəm, bugünkü qələbələr, uğurlar, nailiyyətlər nə qədər qeyri-adi və qiymətli olacaq! Dünyanın ən mümkünsüz, ən düyünlü konfliktini cəmi 44 günə həll edən İlham Əliyevin necə nəhəng bir lider, xalqı üçünsə bir Lütf olduğunu yəqun ki, onda anlayacağıq. Anlayacaqlar.
İndi isə gözümüzün önündə iki sadə insan var: Cənab Prezident və Mehriban xanım. Biz rahatlıqla onlara yaxınlaşırıq, əllərindən tuturuq, şəkil çəkdiririk, söhbət edirik, sevgimizi bildiririk… Böyük tarixi proseslərin mərkəzində olmaq yəqin ki, budur: əsl dəyəri, əsl qiyməti məhz o anda vermək ya mümkün olmur, ya müşkül olur. Vaxt-zaman lazımdır ki, ağıl, şüur, altşüur, zehin alqılasın, alışsın… Mənim qəlbimdə Mehriban xanım bütün təqdirəlayiq fəaliyyəti, özəl və örnək məziyyətləriylə, xanımlığı, analığıyla yanaşı, İlham Əliyevin həyat yoldaşıdır, yol yoldaşıdır. Sözün əsl mənasında, Həyat Yoldaşı, Yol Yoldaşı! Həmişə ondan bir addım geridə, amma həmişə arxasında, dayağında, bir nəfəs qədər yaxınlığında!
Ad gününüz mübarək, əziz Xanım, Adı taleyinə yansıyan Bizim Mehriban! İlham Əliyevin yarı, yarısı! Sizi çox sevirik, Tarix Adamlar, Vətən Adamlar, Bayraq Adamlar!