“ACWA Power” Azərbaycanı “yaşıl enerji”yə keçiddə dəstəkləməyə davam edəcək

“ACWA Power” Azərbaycanı “yaşıl enerji”yə keçiddə dəstəkləməyə
davam edəcək.

Trend-in məlumatına görə, bunu “ACWA Power”in
investisiyalar üzrə direktoru Klayv Terton Bakıda keçirilən 27-ci
Enerji forumunda deyib.

Onun sözlərinə görə, zəngin təbii ehtiyatlar, şelfdə böyük
potensial Azərbaycana bu sektorda uğurla inkişaf etmək imkanı
verir.

“ACWA Power” Azərbaycana karbon qazı tullantılarının
azaldılmasında, sənaye ehtiyacları üçün bərpa olunan enerji
mənbələrinin istifadəsində, qazıntı yanacağının yandırılmasında
asılılığın azaldılmasında və digər potensial imkanların
genişlənməsində Azərbaycana kömək edəcək”, – K.Terton deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: