Türkiyəli iş adamı Acun İlıcalı İrlandiyanın “Şelburn” futbol klubunun səhmlərinin çox hissəsini alıb.
AzerTimes xəbər verir ki, iş adamı bu barədə Tvitter hesabında paylaşım edib.
“Hədəflərimiz avrokuboklara vəsiqə qazanmaq, uğurlar əldə etmək və bir neçə istedadlı oyunçunu dünya futboluna qazandırmaqdır. İrlandiya futboluna, klubun potensialına və azarkeşlərə tam şəkildə inanırıq”.
Qeyd edək ki, İlıcalı İngiltərənin “Hall Siti” klubunun da sahibidir.