“Açıq qapı”da tələbələrin imtahanla bağlı müraciətləri dinlənilib (FOTO)

UNEC-də IV modul üzrə imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib.

“Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və universitetin müvafiq struktur rəhbərləri tələbələrin imtahanla bağlı müraciətlərini dinləyiblər.

Tələbələrin müraciəti əsasən apellyasiya müraciətlərinə yenidən baxılması, akademik borca görə güzəştin edilməsi ilə bağlı olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıq verilib, bəziləri isə yerindəcə həllini tapıb.

Xatırladaq ki, UNEC-də imtahan sessiyası dövründə hər həftənin şənbə günü ənənəvi olaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

Növbəti “Açıq qapı” iyulun 3-də keçiriləcək. İmtahanla bağlı sualı, təklifi və şikayəti olanlar 1846 Qaynar Xəttinə zəng edərək qəbula yazıla bilərlər.

Teqlər: