Türkiyənin xarici işlər naziri Hakan Fidan Çinə səfəri çərçivəsində Pekində həmkarı Van Yi ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə edilib.
“Qəzza dünyanın ən böyük açıq həbsxanası kimi tanınırdı. O, indi dünyanın ən böyük açıq qəbiristanlığına çevrilib. Rusiya-Ukrayna müharibəsinin atəşkəslə, davamlı və ədalətli sülh sazişi yolu ilə başa çatdırılması xarici siyasətimizin prioritetlərindən biridir”, – Fidan bildirib.