Xəbər - Çingiz Səfərli – Trend:
Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan covid pasportu tələb olunmur.
Bunu AzerTimes-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O, bildirib ki, tələblər ancaq qapalı məkanlara aiddir.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Twitter:@cingizsafarli