Açıq havada maska taxmaqla bağlı DİN-dən AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı TƏBİB nümayəndəsinin açıqlaması onun şəxsi fikridir.

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AzerTimes-ın sorğusunu cavablandırarkən deyib.


Onun sözlərinə görə, maska ilə bağlı Nazirlər Kabinetinin qərarı var. İctimai yerlərdə, açıq məkanlarda, açıq havada maskadan istifadə olunmalıdır: “Bununla bağlı TƏBİB-dən rəsmi açıqlama verilib ki, bu açıqlama verən şəxsin öz fikridir. Yəni bu açıqlama TƏBİB-in rəsmi mövqeyinin əks etdirmir. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib, ona görə də qaydalara ciddi əməl edilməlidir ki, dövlət növbəti yumşalma tədbirlərini davam etdirsin. Bu bizim hər birimizə asılıdır və indiyə qədər çəkilən əziyyət hədər getməsin. Hər bir vətəndaşın bu tibbi maskalardan doğru və düzgün istifadə etmək məcburiyyəti var. Bu həm də qanunvericilik normaldır. Əgər hansısa şəxs ictimai yerlərdə müvafiq maskalardan düzgün istifadə etmirsə və polis tərəfindən aşkarlanırsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək.

Teqlər: