Gəlin danışıqlar masasına oturaq və bu davanı bitirək. Bu, nə Ukrayna xalqına, nə ruslara, nə də belaruslara lazımdır. Bu, onlara lazımdır.
AzerTimes xəbər verir ki, bu çağırışla Belarus lideri Aleksandr Lukaşenko çıxış edib.
“Mən bu faktları deyə bilmərəm, onlar tamamilə qapalıdır, orada yüksək vəzifəli şəxslər tərəfindən açıq şəkildə danışılır. Sözbəsöz belə deyirlər: “Qoy bir-biri ilə döyüşsünlər – ukraynalılar, ruslar – hamısı bu qazanda ölsün”, – Lukaşenko bildirib.