“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz”
yatağından əldə olunan gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, 2001-ci ildən 1 aprel
2022-ci il tarixinə qədər AÇG yatağı üzrə əldə olunan ümumi
gəlirlər 157 239 mln mln. dollar olub.
Bu ilin ilk 3 ayında isə AÇG yatağından 1 866 mln. dollar gəlir
götürülüb.
2007-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər Şahdəniz yatağı
üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4
911 mln. dollar, bu ilin ilk 3 ayında isə 359,125 mln. dollar
olub.
O cümlədən, bu il Şahdəniz yatağı üzrə kondensatın satışından
əldə olunan gəlirlər 62,494 mln. dollar təşkil edib.