2001-ci ildən etibarən Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 152,893 mln. dollar olub.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) AzerTimes-a verilən məlumata görə, bu il üzrə isə AÇG yatağından 3 488,5 mln. dollar gəlir əldə edilib.
Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 2007-ci ildən etibarən 3,797 mln. dollar olub.
Şahdəniz yatağından qaz və kondensat hasilatı üzrə 01.01.2021-01.09.2021 tarixinə 130,137 mln. dollar gəlir əldə olunub.
O cümlədən, bu il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 57,131 mln. dollar olub.