Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” üzrə 01 yanvar 2022-ci il tarixinə olan gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan AzerTimes-a bildirilib ki, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155,373 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib. 01.01.2021 tarixdən 01.01.2022 tarixinə AÇG yatağından 5 968,4 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.
“Şahdəniz” yatağı üzrə isə qazın və kondensatın satışından əldə olunan ümumi
gəlirlər (2007-ci ildən etibarən) 4,551 mln. ABŞ dolları (01.01.2022 tarixinə) təşkil edib.
“Şahdəniz” yatağından (qaz və kondensat) – (01.01.2021 – 01.01.2022 tarixinə):
884,793 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan
gəlirlər (01.01.2021 – 01.01.2022 tarixinə) 302,817 mln. ABŞ dolları olub.