“Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə “AccessBank” müştərilərinə – hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. “Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. “Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.
“Overdraft”ın üstünlükləri:
• 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi
• yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması
• illik 12%-dən başlayan faiz dərəcələri
• borcun avtomatik silinməsi və “Overdraft” limitindən təkrar istifadə
• qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı
“Overdraft” haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz.