AccessBank filial şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə və keyfiyyətli bank xidmətlərini əlçatan etməyə davam edir. Bank, bu dəfə Şəmkir şəhərində yeni filialını istifadəyə verir. Yeni konsepsiya əsasında təmir edilən filial şəhərin mərkəzində – Həzi Aslanov küçəsi 24 ünvanında yerləşir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir.
Şəmkir filialının rəhbəri Elgün Namazov yeni filialın açılması münasibətilə şəmkirlilər üçün xüsusi endirim kampaniyasının keçirildiyini bildirib:”AccessBank olaraq, biznes fəallığını və müştərilərin istəklərini nəzərə alaraq, Şəmkir şəhərində yeni filial açdıq. Bu münasibətlə şəmkirlilərə sevindirici xəbərimiz var – onlar bir ay ərzində bütün növ plastik kartları 50% endirimlə, 30 min manatadək nağd krediti isə komissiyasız əldə edə bilərlər.”
Qeyd edək ki, Şəmkir filialı AccessBank-ın qərb bölgəsində ilk filialı deyil. Bank uzun illərdir ki, Gəncə, Qazax və Mingəçevir şəhərlərində də fəaliyyət göstərir.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə bu ilin may ayından başlayıb. İlkin olaraq, Bankın Binəqədi filialında yenidənqurma işləri aparılıb. Növbəti ildə layihəyə uyğun olaraq, digər filialların da yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.