Yay mövsümünün bitməsi ilə filiallara müraciət edən müştərilərin sayının intensivləşməsi və koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında müşahidə olunan artım və ilə bağlı olaraq, AccessBank müştərilərinə onlayn növbə xidmətindən istifadə etməyi tövsiyə edir.
Müştərilər AccessBank-ın https://myaccess.az/login/ onlayn ödəniş platformasına daxil olaraq, lazımi əməliyyatları həyata keçirə bilərlər. Əgər müştərilər onlara uyğun xidməti platforma vasitəsilə icra edə bilmirlərsə, o zaman onlayn növbə tutaraq, xidmət ala bilərlər. Bunun üçün müştərilər https://www.accessbank.az/az/private/online-queue/ daxil olaraq, lazımi xidməti seçərək onlara uyğun filialda öncədən onlayn növbə tuta bilərlər. Müştərilərdən filiala təyin olunmuş vaxtdan 5 dəqiqə öncə yaxınlaşmaları xahiş olunur. Onlayn növbə müştərilərə filialda növbə gözləməmək və vaxta qənaət etməyə imkan verir.
Onlayn növbə ən qısa müddətdə həmin gün, ən uzun müddətdə isə növbəti 9 iş gün üçün mümkündür.
Xidmət AccessBank-ın Bakı (Badamdar filialı istisna olmaqla) və Gəncə şəhərlərində yerləşən filiallarında aktivdir.
Onlayn növbə – vaxt itirmədən xidmətinizdə! Növbənizi onlayn götürün və vaxtınıza qənaət edin.