AccessBank-ın yeni depozit kampaniyasına əsasən, Bankda manat valyutasında müddətli əmanət hesabı açan fiziki şəxslər illik 11%-dək, ABŞ dolları ilə hesab açanlar isə 2.2%-dək gəlir əldə edə bilərlər. Faiz əmanətin yerləşdirmə müddətindən asılıdır. Kampaniya çərçivəsində depozit kartı müştərilərə Bank tərəfindən hədiyyə olunur.
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
- Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
Müddətli əmanət haqqında ətraflı məlumat:
https://www.accessbank.az/az/private/deposits/timed/
Sifariş vermək üçün:
https://www.accessbank.az/az/private/deposits/timed/#form
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.