AccessBank-da department rəhbəri təyin olunub

Bu gündən etibarən Vasif Əhmədov AccessBank-da Kiçik və Orta
Biznes Müştəriləri Departamentinin rəhbəri vəzifəsində fəaliyyətə
başlayır. Bu təyinatadək o, cari Departamentin rəhbərinin müavini
vəzifəsində çalışıb.

Cənab Əhmədov 15 ildir ki, AccessBank-da işləyir. O, AccessBank
komandasına 2007-ci ildə qoşulub. Fəaliyyətini 2014-cü ildən
Xırdalan filialında KOBM meneceri, 2017-ci ildən Maliyyə
Restrukturizasiyaları və Kreditlərin Bərpası Departamentində Kiçik
və Orta Biznes Kreditlərinin Restrukturizasiyası və Bərpası
şöbəsinin meneceri, 2018-ci ildən isə KOBM Departamentində Kiçik və
Orta Biznes Müştəriləri üzrə direktor vəzifəsində davam
etdirib.
Vasif Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis
İqtisadiyyatı və İdarəetmə ixtisasını bakalavr və magistr
dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirib.

Teqlər: