AccessBank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən
yaradılmış qabaqcıl AniPay köçürmə və ödəniş sisteminə qoşuldu.
AniPay fiziki şəxslər, biznes qurumları və dövlət orqanları
arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları
üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə,
FİN kod, VÖEN) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın
bank hesabında əks olunmasına imkan verir. Bununla da nağdsız
köçürmələri icra etmək asanlaşdı. Köçürmə etmək üçün artıq mürəkkəb
bank rekvizitlərini yadda saxlamağa ehtiyac qalmadı. Bunun üçün
sadəcə qarşı tərəfin mobil telefon nömrəsini bilmək yetərlidir.
Bundan əlavə, yeni sistemlə ödəniş cəmi 5 saniyə ərzində hesaba
oturur.
AniPay-dən yararlanmaq və pul köçürmələri reallaşdırmaq üçün
vətəndaşlar ilk növbədə sistemdə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat AccessBank-ın filiallarında və ya myAccess platformasında
həyata keçirilə bilər. Qeydiyyatdan keçən müştərilər AniPay
sisteminin bir sıra imkan və üstünlüklərindən faydalanacaqlar –
vətəndaşlar arasında kart və cari hesablardan ani köçürmələr, satış
və xidmət nöqtələrində POS terminal vasitəsilə cari və kart
hesablarından kart olmadan ödənişlərin həyata keçirməsi və s.
AccessBank müştərilərə bu il Banka məxsus POS terminallarda
AniPay ödənişlərini və myAccess mobil tətbiqində digər bankdakı
hesablarını əlavə edərək onları idarə etmək imkanlarını təqdim
edəcək.
AccessBank-ın Biznesə Dəstək Departamentinin rəhbəri Samir
Abdullayev AniPay-in üstünlüklərindən danışıb: ”Yeni sistemin əsas
məqsədi köçürmə və nağdsız ödənişləri əhali üçün əlçatan etməkdir.
AccessBank müştəriləri üçün AniPay-ın tətbiqi nağdsız ödənişlərin
effektivliyini yüksəldəcək. İnanırıq ki, AniPay sisteminin tətbiqi
və geniş istifadəsi ölkədə nağd pulla aparılan əməliyyatların
azalmasına və nağdsız hesablaşma mədəniyyətinin güclənməsinə xidmət
edəcək.”
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq,
2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın
səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və
qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29
filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə
mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az
saytına, və ya bankın sosial media hesablarına (Facebook,
Instagram,
LinkedIn)
daxil olmaq olar.