AccessBank AKİA-ın dəstəyi ilə 532 fermerə dəstək olub

AccessBank aqro sahədə fəaliyyət göstərən sahibkarlara dəstək
olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA)
ilə tərəfdaşlığının nəticəsi olaraq, 2021-ci ildə 532 sahibkar kənd
təsərrüfatı üzrə müxtəlif investisiya layihələrinin
maliyyələşdirilməsi məqsədi ilə güzəştli kreditlərdən
faydalanıb.

AccessBank bu çərçivədə 2021-ci ildə dövlət xətti ilə fermerlərə
5 297 000 AZN həcmində kredit verib. Bu kreditləşmə üzrə maksimal
məbləğ 200.000 AZN təşkil edib. Bərdə, Lənkəran, Gəncə, Xaçmaz və
Mingəçevir sahibkarları bu kreditin alınmasında daha fəal iştirak
ediblər. Sahibkarlar ən çox heyvandarlıq, arıçılıq, əkinçilik,
bağçılıq sahələri, həmçinin aqrotexniki xidmətlərin inkişafı üçün
müraciət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel
2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində
yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq,
əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının
yaradılması və genişləndirilməsi üçün kreditlərin verilməsinə
başlanılıb. Fermerlərə kənd təsərrüfatı texnikası, texnoloji
avadanlıq və damazlıq heyvan alışı üçün 15.000 AZN-dək mikrokredit,
digər məqsədlər üçün isə 200.000 AZN-dək nağd şəkildə kredit təklif
olunur.

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün
həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzi ilə əlaqə saxlaya və ya
bankın filiallarına yaxınlaşa bilərlər.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri
olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i
Bakıda, 14-ü regionlarda olmaqla, 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün
www.accessbank.az saytına, və ya
bankın sosial media hesablarına daxil olmaq olar.

Teqlər: