Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının
lideri olan AccessBank, 2022-ci ilin birinci rübü üzrə maliyyə
nəticələrini açıqlayıb.
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/
Birinci rübün sonuna bankın aktivləri 984 milyon manat təşkil
edib.
Həmin dövrdə bankın xalis kredit portfeli 630 milyon təşkil
edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar
nəzərə alınmadan, Bankın portfeli 667 milyon manat təşkil edib.
Birinci rüb ərzində Bankın balansındakı kredit portfelinin payı
67.8%-ə qalxıb.
Bundan başqa, 2022-ci ilin ilk rübü ərzində “AccessBank” 177.0
milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı
2021-ci ilin sonu ilə müqayisədə 5,4% (34,4 milyon manat) və
2021-ci ilin birinci rübünün sonu ilə müqayisədə isə 28% (146,0
milyon manat) təşkil edib. Bank tərəfindən verilən aylıq
kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün
mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna
verilib.
2022-ci ilin mart ayının sonunda bankın depozit portfeli 2021-ci
ilin sonuna nisbətən 7,9% artaraq 744,6 milyon manat təşkil
edib.
Habelə, 2022-ci ilin birinci rübü ərzində bankın xalis faiz
gəlirləri 17.5 milyon manata bərabər olub, bu da ötən ilin analoji
dövrü ilə müqayisədə 43% çoxdur.
AccessBank-ın 2022-ci ilin birinci rübündə xalis mənfəəti 802.8
min manat olub.
Hazırda Bankın cəmi məcmu kapitalı 81.5 milyon manat təşkil edir
ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 31.5
milyon manat çoxdur.
Mart ayının sonuna bankın ani likvidlik əmsalı 75.0% təşkil
edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri birinci
rübdə bankın maliyyə nəticələrini şərh edib: “2022-ci ilin ilk üç
ayı AccessBank – ın daha da güclənməsi üçün uğurlu bir rüb oldu.
Belə ki, biz post-pandemiya reallığına uğurla uyğunlaşaraq,
komandamızla birlikdə ötən ilin ayrı ayrılıqda olan rüblərinin hər
birindən daha çox qazanc əldə etdik. Nəticədə, cari ilin birinci
rübündə əməliyyat gəlirlərimiz həm faiz, həm də qeyri-faiz
gəlirlərinin artması hesabına əvvəlki rüblə müqayisədə 85% artaraq
2,23 milyon manat təşkil edib.
AccessBank olaraq mikrokredit bazarında lider mövqeyimizi
qoruyub saxlamaqla yanaşı, eyni zamanda digər seqmentlərə aid olan
müştərilər üçün məhsul və xidmətlərimizi inkişaf etdirməyə davam
edirik. Bu ilin mart ayında yeni ödəniş infrastrukturuna keçidi
uğurla başa çatdırdıq. Qeyd olunan fəaliyyətimiz bizə yaxın
gələcəkdə pərakəndə müştərilər üçün xidmətlər çeşidini
genişləndirməyə imkan verəcək.
Qlobal gərginliyin yaratdığı təlatümün öhdəsindən gələrək
beynəlxalq tərəfdaşlarımızla münasibətlərimizi daha da
genişləndiririk. AccessBank həmçinin müddətli əmanət sahibləri
arasında ən etibarlı banklardan biri olmaqda qalır. Hazırda depozit
portfelimiz 511 milyon manat təşkil edir ki, bu da əvvəlki rüblə
müqayisədə 11%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 33%
çoxdur.
Cari ilin ilk rübündə görülən işlərin nəticələri bizə düzgün
yolda olmamızla bağlı əminlik yaradır. Həmçinin ilin sonuna kimi
müəyyən edilmiş strategiyanı həyata keçirərək fəaliyyət
göstərdiyimiz bütün seqmentlərdə yüksək nəticələr əldə edəcəyimiz
barədə heç bir şübhə yoxdur. Əlbəttə ki, komandamıza göstərdikləri
zəhmətə, fədakarlığa və uğurumuza verdiyi böyük töhfəyə görə
təşəkkür etmək istərdim”.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri
olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.
Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər
beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır.
Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət
göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151
əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və
ya bankın sosial şəbəkələrdə (Facebook , Instagram, LinkedIn)
hesablarına daxil olmaq olar.