AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti
tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat
standartlarına (MHBS) cavab verən 2021-ci il üzrə maliyyə
hesabatını açıqlayıb.
Göstəricilər ilə tanış olmaq üçün: Bank rəqəmlərdə
(accessbank.az)
2021-ci ilin sonunda bankın xalis mənfəəti 4.3 milyon manat
təşkil edib.
Hesabata əsasən, 31 dekabr 2021-ci il tarixinə bankın aktivləri
889 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit
portfelində cəmləşib – 67%.
Bankın kredit portfeli 30% artaraq 598 milyon manata çatıb.
2020-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis
faiz gəlirləri də 3.8 milyon manat artıb.
Ümumi depozit portfeli 10% artaraq 707 milyon manat təşkil
edib.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri
olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir.
Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq
təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə
olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında
məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək,
həmçinin www.accessbank.az saytına, və ya bankın
sosial şəbəkələrdə (Facebook,
Instagram,
LinkedIn)
hesablarına daxil olmaq olar.