Futbol üzrə Portuqaliya millisinin qapıçısı Dieqo Kosta Avropa çempionatları tarixində ilkə imza atıb.
AzerTimes xəbər verir ki, dünən Avro-2024-ün 1/8 finalı çərçivəsində keçirilən Portuqaliya-Sloveniya oyununda penaltilər seriyası zamanı Kosta rəqibin ardıcıl 3 zərbəsini də dəf edib.
Nəticədə Portuqaliya yığması Sloveniyaya qalib gələrək növbəti mərhələyə adlayıb. ¼ finalda Portuqaliya Fransa ilə qarşılaşacaq.