Noyabrın 20-də saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.
Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.