“Abzas Media” işinə görə həbs edilən iqtisadçı ifadə verdi

“Abzas Media” işinə görə həbs edilən iqtisadçı ifadə verdi

Bu gün (08.04.2025) Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media” əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxs Fərid Mehralızadə çıxış edərək “Abzas Media” ilə heç zaman əməkdaşlıq etmədiyini, yalnız ekspert kimi çıxışları olduğunu bildirib.

Sonra şahidlər ifadə verib. Növbəti məhkəmə prosesi 22 aprel tarixinə təyin olunub.

Teqlər: