Abxaziyada Suxuminin mərkəzində silahlı atışma nəticəsində Türkiyə vətəndaşı öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, öldürülən şəxsin 2002-ci il təvəllüdlü Əhməd Aydın olduğu məlum olub.
Atışma nəticəsində yaralanan daha 4 nəfər də xəstəxanaya yerləşdirilib.
Yaralılar arasında yetkinlik yaşına çatmayan da var.
Faktla bağlı cinayət işi açılıb, hadisənin motivləri araşdırılır.