Abxaziya rus işğalından qurtulur, təhlükə var – Mişa

Abxaziya rus işğalından qurtulur, təhlükə var – Mişa

Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Abxaziyada baş verən proseslər haqda sosial şəbəkə hesabında qeyd edib.

“Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar və bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir.

Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib abxaziyalara rəğbətini yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, – Saakaşvili bildirib.

Qeyd edək ki, Abxaziyada Suxumi və Moskva arasında mübahisəli investisiya sazişinin ləğvi tələbi ilə başlayan etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiya zamanı etirazçılar hökumət binaları kompleksini ələ keçiriblər və “prezident” Bjaniyanın istefasını tələb edirlər.

Aslan Bjaniya isə Suxumidən qaçaraq, doğulduğu Tamış kəndinə sığınıb.

Teqlər: