Abxaziya “prezidenti” istefa verdi

Abxaziya “prezidenti” istefa verdi

Abxaziyada hökumət və müxalifət nümayəndələri “prezident” Aslan Bjaniyanın istefa verdiyini bildirən saziş imzalayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidmətindən məlumat verilib.

Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası “konstitusiyasının” 65-ci maddəsinə uyğun olaraq, Abxaziya “prezidenti” vəzifəsindən istefa verirəm”, – məlumatda qeyd olunub.

Razılaşmaya əsasən, dövlət binalarının ərazisinə və kompleksinə toplaşan vətəndaşlar noyabrın 19-da dağılışmalıdırlar. Buna əməl edilmədiyi təqdirdə Bjaniya istefa ərizəsini geri götürəcək.

Qeyd edək ki, düməm yaydığı bəyanatda Aslan Bjaniya istefa verməyəcəyini açıqlamışdı.

Teqlər: