Abxaziya ordusu genişmiqyaslı təlimlərə start verib.
AzerTimes xəbər verir ki, bu barədə qondarma respublikanın müdafiə nazirliyi məlumat yayıb.
“Abxaziya silahlı qüvvələri genişmiqyaslı təlimlərə hərbi idarəetmə orqanlarının və qoşunlarının döyüş hazırlığının yoxlanılması ilə başlayıb. Təlimlərin əsas məqsədi qərargah və qoşunların hazırlığını, qəfil yaranan vəzifələrin həllində əlaqələndirmə səviyyəsinin artırılmasıdır”, – məlumatda qeyd olunub.