Xəbər - Fərid Zöhrabov – Trend:
Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri
ilə əlaqədar bu gün Abşeron rayonunun Qobu, Güzdək və Hökməli
qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu
xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr
yaranacaq.
Bu barədə “Azərsu” ASC-dən Trend-ə bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr
istəyib.