Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə AzerTimes-a Azərsu ASC-dən bildirilib.
Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.