Abşeronun bəzi hissələrində su kəsiləcək

Bu gün Abşeron rayonunun bəzi hissələrində içməli suyun
verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən AzerTimes-a
verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində
aparılan təmir işləri ilə əlaqədar 28 fevral 2022-ci il tarixində
gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin
bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan
bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr
istəyir.

Teqlər: