Abşerondakı məktəblərdə dezinfeksiya və deratizasiya işləri aparılıb (FOTO)

Ölkə ərazisində fevralın 1-dən əyani tədrisin mərhələli şəkildə bərpa olunacağı ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısının göstərişinə əsasən rayon ərazisində faəliyyət göstərən bütün məktəblərdə dezinfeksiya və deratizasiya işləri aparılıb.

Bu barədə Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımov məlumat verib. O bildirib ki, məktəblərin hamısı təmassız termometrlərlə və dezinfeksiyaedici məhlullarla təmin edilib.

Eyni zamanda giriş və kolidorlarda ara məsafənin gözlənilməsinin vacibliyini bildirən elanlar asılıb, döşəməyə xüsusi işarələr çəkilib. Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.


Bütün pedaqoji heyət artıq tibbi müayinədən keçirilmişdir.

Qeyd edək ki, Abşeron məktəblərində yanvar ayının 20-sindən başlayaraq sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq hazırlıq işləri görülür.

Teqlər: