Abşeronda Vətən müharibəsi şəhidləri yad edilir

Abşeronda Vətən müharibəsi şəhidləri yad edilir

Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərimizin xatirələri daim əziz tutulur, onlar həm doğum günlərində, həm də ildönümlərində yad edilir.

AzerTimes xəbər verir ki, şəhidlər Hüseyn Nəcəfzadə, Əli Ələkbərov, İlqar Vəliyev, Seymur Bədəlov və Nicat Qarazadə doğum günlərində, Nurlan Mustafayev, Vüsal Musayev, Daşdəmir Paşayev, Malik Əliyev, Röyal Ələkbərov, Əli Ələkbərov, Elvin Əlimərdanov, Ramid Hacıyev, Elşən Müslümov, Rəhim Hüseynov, Səxavət Abbasov, Rəşad Mehdiyev, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, Fuad Haşımov, Mənsur Əhmədov, Afiq Qulamlı, Elsevər Paşayev, İlkin Xosrovzadə, Fərid Məmmədov, Gülverdi Qasımov, Fərid İlyasov, Azər Salmanov, Rauf İbadov, Ziyəddin Rəşidov, Qadir Heydərov, Teymur Quliyev, Bəhmən Verdiyev, Zaur Ələsgərli, İlkin Məmmədov, Tural Məmmədov, Babək Allahverdiyev, Fəzail Əliyev və Əli Əliyev anım günlərində yad edilib, qəbirüstü abidələri ziyarət olunub, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşülərək onların qayğıları və problemləri ilə maraqlanılıb. Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin həyatından bəhs edən filmin təqdimatı keçirilib.

Ziyarət və görüşlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, icra hakimiyyətinin məsul əməkdaşları, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Görüşlərdə bildirilib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində soydaşlarımız işğaldan azad olunmuş ərazilərdə tam təhlükəsizlik şəraitində öz həyatlarını yaşamağa davam edirlər. Beynəlxalq aləmdə baş verən münaqişələri diqqətə çatdıran icra başçısı ölkəmizdə sabitliyin hökm sürdüyünü, Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini, hərbi gücümüzün gündən-günə artdığını və bundan sonra da baş verə biləcək təxribatların yerindəcə cavablandırmağa hazır olan orduya malik olduğumuzu qeyd edib.

Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Teqlər: