Abşeron rayonunda 47 yaşlı kişinin meyiti tapılıb.
AzerTimes xəbər verir ki, 1977-ci il təvəllüdlü Ramil Həsənov usta kimi işlədiyi Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən ünvansız fərdi evin həyətində həmin evin sahibləri tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.