Bakı
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən 5 abşeronlu şəhidin il mərasimi keçirilib.
İl mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid əsgər Əhmədov Mənsur Mamed oğlu, gizir Haşımov Fuad Ceyhun oğlu, gizir Hüseynov İmaməli Cəlil oğlu, baş leytenant Vəliyev İlqar Cahid oğlu və əsgər Qulamlı Afiq Fərhad oğlunun yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.