Abşeronda şəhidlər yad edildi – Foto

Abşeronda şəhidlər yad edildi – Foto

Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Tərlan Məmmədov, Zaur Mədətov, Nurlan Mustafayev, Azər Mikayılov, Məzahir Əhmədov, Vüsal Musayev, Röyal Ələkbərov, Elvin Əlimərdanov, Malik Əliyev, Zülfüqar Qubadov, Əli Ələkbərov anım günlərində yad edilib.

AzerTimes xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub. Azərbaycanın hər bir bölgəsində, o cümlədən Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini, onların xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayan RİH-nin başçısı şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

O cümlədən, 12-13 sentyabr 2022-ci ildə sərhədlərimizə qarşı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Firuz Əhmədovun anım mərasimi keçirilmişdir. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak etmiş, Vətən Müharibəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanmış, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsindən qürurla bəhs edilmişdir.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Xalqımızın düşmən üzərində qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid Ağayev Ramil Ağarəhim oğlunun Sabirabad rayonunda keçirilən anım mərasimində Abşeron RİH-nin məsul əməkdaşları da iştirak edib.

Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ramil Ağayev işgüzarlığı, bacarığı, bilik və savadı sayəsində kollektiv arasında böyük hörmət və nüfuz qazanmışdır.

Vətən Müharibəsi başlanarkən Ramil könüllü olaraq canı qədər sevdiyi vətənin müdafiəsinə qalxıb. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında igidlik və qəhrəmanlıq göstərib. Ramil 13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib.

Teqlər: