Abşeronda şəhid mayor Azər Mikayılovun il mərasimi keçirilib (FOTO)

Vətənimizin bütövlüyü uğrunda döyüşən kəşfiyyatçı, mayor Mikayılov Azər Əmrah oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Bununla əlaqədar olaraq Abşeron rayonunun Masazır kəndi məscidində şəhidimizin il mərasimi keçirilib. Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvləri, eləcə də şəhid anaları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.

Teqlər: